fbpx

Qərbi Azərbaycan, Qarabağ və Şərqi Zəngəzurda yer adlarının bərpası üçün xəritə hazırlanacaq

Videoları sosial şəbəkə hesablarımızda izləmək üçün bu hesablara abone olBEY.AZ informasiya agentliyi xəbər verir

“Qərbi Azərbaycan İcması ilə birgə həm Qərbi Azərbaycanda, həm Qarabağda, həm də Şərqi Zərgəzurda adları dəyişdirilən toponimlərə yeni adların verilməsi, yaxud tarixi adlarının qaytarılması üçün xəritə hazırlanacaq”.

Bunu BEY.AZ-a açıqlamasına Milli Məclisin Regional məsələlər komitəsinin sədri, deputat Siyavuş Novruzov deyib.

Onun sözlərinə görə, sözügedən məsələlərlə əlaqədar AMEA-dan alimlər cəlb ediləcək və bu işlə məşğul olan institutlar öz köməkliklərini göstərəcəklər.

S.Novruzov həmçinin xatırladıb ki, bununla bağlı qanunvericilik təşəbbüsü Prezident İlham Əliyevə məxsusdur: “Belə məsələlər məhz dövlət başçısının təqdimatı ilə Milli Məclisin Regional məsələlər komitəsində baxılıdıqdan sonra parlamentdə müzakirəyə çıxarılır və bundan sonra qərar qəbul edilir”.

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz. #Qərbi #Azərbaycan #Qarabağ #və #Şərqi #Zəngəzurda #yer #adlarının #bərpası #üçün #xəritə #hazırlanacaq

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu