fbpx

“Qəbələ” klubu baş məşqçiyə və azarkeşlərə görə cərimələnib

BEY.AZ informasiya agentliyi xəbər verir


AFFA İntizam Komitəsi (İK) “Qəbələ“nin baş məşqçisi Elmar Baxşıyevi 4-ü şərti olmaqla, 5 oyunluq cəzalandırıb.

Metbuat.az xəbər verir ki, buna 42 yaşlı mütəxəssisin “Sumqayıt“la 1:1 hesablı heç-heçə etdikləri Azərbaycan Premyer Liqasının XXIII tur oyununda hakimi təhqir etməsi səbəb olub.

Baxşıyevə 3 ay sınaq müddəti, “qırmızı-qaralar”a 4 000 manat cərimə təyin edilib. Bundan başqa əyalət təmsilçisi azarkeşlərin kütləvi şəkildə təhqiramiz ifadələr işlətməsi ucbatından 4 000 manat, meydana kənar şəxsin daxil olmasına görə 1 600 manat ziyana düşüb. “Sumqayıt” isə 5 oyunçusu sarı vərəqə aldığı üçün 800 manat ödəcəyək.

Bundan əlavə, İK “Qarabağ” klubuna xəbərdarlıq edib. Buna “köhlən atlar”ın “Şamaxı“nı 8:0 hesabı ilə məğlub etdiyi qarşılaşmaya dövlət yanğından mühafizə xidməti maşının gec gəlməsi səbəb olub.

“Qəbələ”ni səfərdə 3:1 hesabı ilə məğlub etdiyi ölkə kubokunun yarımfinal mərhələsinin ilk oyununda Ağdam klubu, 5 futbolçusu sarı vərəqə aldığı üçün 800 manat məbləğində cərimələnib.




You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu