“Qəbələ” klubu növbəti transferini açıqlayıb
BEY.AZ informasiya agentliyi xəbər verir
Mövsümün ikinci yarısının hazırlığını davam etdirən “Qəbələ” qış fasiləsində ikinci transferini gerçəkləşdirib.
metbuat.az xəbər verir ki, “qırmızı-qaralar” Azərbaycanın U-21 yığmasının futbolçusu Samet Karakoçla müqavilə imzalayıb.
20 yaşlı müdafiəçinin sözləşməsi 2022/2023 mövsümünün sonunadək nəzərdə tutulub.
Qeyd edək ki, son klubu “Bayrampaşa” olan Samet Karakoç 2020-ci ilin yayında əsas komandaya cəlb olunub. O, sol cinah müdafiəçisi olsa da, arxa xəttin mərkəzində də çıxış edir. Karakoç Azərbaycanın U-19 və U-21 yığmalarının formasını geyinib. “Qəbələ” daha əvvəl Patrik Robson de Souza Monteyronu heyətinə qatıb.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.