fbpx
Xəbərlər

Kursantlarla praktiki məşğələlər keçirilib – VİDEO

BEY.AZ informasiya agentliyi xəbər verir


2023-cü ilin tədris planı və proqramına uyğun olaraq Heydər Əliyev adına Hərbi İnstitutun kursantları ilə praktiki məşğələlər keçirilib.

Müdafiə Nazirliyindən Metbuat.az-a verilən məlumata görə, əvvəlcə kursantlar simulyasiya trenajorunda dəqiq nişanalma qaydalarını məşq ediblər.

Atəş şəhərciyində təhlükəsizlik qaydaları və atışın şərtləri çatdırıldıqdan sonra müxtəlif normativlər icra olunub.

Hərbi institutun kursantları silahların döyüşə hazır vəziyyətinə gətirilməsi və şərti düşmən hədəflərinin aşkarlanaraq atəşlə məhv edilməsi üzrə tapşırıqları müvəffəqiyyətlə yerinə yetiriblər.

Məşğələlərin keçirilməsində əsas diqqət kursantların silahlardan istifadə bacarıqlarının artırılmasına, eləcə də praktiki və döyüş vərdişlərinin təkmilləşdirilməsinə yönəldilib.






You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Kursantlarla #praktiki #məşğələlər #keçirilib #VİDEO

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu