fbpx
Xəbərlər

Qəbələdə nöqsanlar aşkarlanan restoranın rəhbərliyi məsuliyyətə cəlb edilib

BEY.AZ informasiya agentliyi xəbər verir


Qəbələdə fəaliyyət göstərən restoranda nöqsanlar aşkar edilib.

Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) Metbuat.az-a verilən məlumaat görə, agentliyin əməkdaşları tərəfindən Qəbələ rayonu, Qəmərvan kəndində fəaliyyət göstərən fiziki şəxs Nuralıyev Nuru Nəsrullah oğluna məxsus “Şəlalə” restoranında aparılan plandankənar yoxlama zamanı qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktların tələblərinə əməl olunmadığı müəyyən edilib.

Belə ki, müəssisənin gigiyena qaydalarına əməl etmədən fəaliyyət göstərdiyi, mətbəx sahəsində texnoloji ardıcıllıq və mal qonşuluğu prinsiplərinə riayət edilmədiyi, məişət tullantıları üçün hermetik zibil qablarının quraşdırılmadığı, həmçinin işçi heyətin xüsusi geyimlə təmin edilmədiyi, tibbi müayinədən keçmədiyi və digər nöqsanlar aşkar olunub. Müəyyən olunmuş pozuntularla bağlı müəssisə rəhbərliyi inzibati məsuliyyətə cəlb edilib.





You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu