fbpx

Qənirə Paşayeva ilə vida mərasimi keçirilir

Videoları sosial şəbəkə hesablarımızda izləmək üçün bu hesablara abone olBEY.AZ informasiya agentliyi xəbər verir

Xəbər verdiyimiz kimi, ötən gecə millət vəkili Qənirə Paşayeva müalicə olunduğu Mərkəzi Klinik Xəstəxananın reanimasiya şöbəsində vəfat edib.

Metbuat.az “Trend”ə istinadən xəbər verir ki, hazırda mərhumla Heydər Məscidində vida mərasimi keçirilir.

Vida mərasimində millət vəkilləri, mərhumun yaxınları, dövlət rəsmiləri iştirak edir.

Xatırladaq ki, ötən gecə millət vəkili Qənirə Paşayeva vəfat edib. Deputat müalicə olunduğu Mərkəzi Klinik Xəstəxananın reanimasiya şöbəsində dünyasını dəyişib. Millət vəkili səhhətində yaranmış ciddi problemlərlə əlaqədar sentyabrın 23-dən Mərkəzi Klinik Xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilmişdi.

Naməlum mənşəli hipotonik vəziyyət diaqnozu qoyulan Qənirə Paşayevanın səhhətindəki kritik durumla əlaqədar Mərkəzi Klinik Xəstəxananın həkim personalı və Türkiyədən cəlb edilmiş həkim mütəxəssislər tərəfindən görülmüş bütün zəruri tədbirlərə baxmayaraq millət vəkilinin həyatını xilas etmək mümkün olmayıb.

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz. #Qənirə #Paşayeva #ilə #vida #mərasimi #keçirilir

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu