Qənirə Paşayevanın son durumu necədir?
Qənirə Paşayevanın sağlamlıq durumu açıqlanıb.
Metbuat.az xəbər verir ki, Mərkəzi Klinik Xəstəxanadan verilən məlumata görə, Qənirə Paşayevanın müalicəsi ümumi reanimasiya və intensiv terapiya şöbəsində davam etdirilir. Kompleks müayinə və müalicə tədbirləri aparılır. Ümumi vəziyyəti ağır olaraq qiymətləndirilir.
Qeyd edək ki, deputat dünən sentyabrın 23-də səhər saatlarında təcili yardım xidməti ilə çox ağır, şok vəziyyətində Mərkəzi Klinikanın təcili yardım şöbəsinə müraciət edib.