fbpx

Qərb və Rusiya yenə üz-üzə: Ölkə xarabalığa çevrilib

BEY.AZ informasiya agentliyi xəbər verir


Sudanın paytaxtı Xartumun bəzi məhəllələrində, ölkənin cənubundakı Ubeyd və qərbdə yerləşən Nyala şəhərində ordu ilə Çevik Dəstək Qüvvələri arasında qarşıdurmalar davam edir.

Metbuat.az xəbər verir ki, Çevik Dəstək Qüvvələri Xartumda ordunun nəzarətində olan Zirehli Bölmə qərargahına top mərmiləri ilə hücum edib. Ordu hücumu dəf etmək üçün döyüş təyyarələrindən istifadə edib. Yerli mənbələr Xartumun Nuzha, Uşra, Cəbra və Lamab məhəllələrində qarşıdurmaların getdiyini bildirib. Paytaxtın qərbində yerləşən Umdurman şəhəri də şiddətli toqquşmalara səhnə olub. Xartumdakı əl-Kadaru düşərgəsi yaxınlığında yerləşən Bəhri şəhərinin məhəllələri Çevik Dəstək Qüvvələri tərəfindən intensiv bombardmana məruz qalır.

Toqquşmalar səbəbilə insanlara humanitar yardımların çatdırılmasında problem yaranıb. Məlumata görə, Sudanda toqquşmaların getdiyi ərazilərdə dövlət idarələri, banklar, BMT ofisləri və qeyri-hökumət təşkilatları talan edilib.

Qeyd edək ki, Sudandakı münaqişənin Qərb və Rusiya tərəfdarları arasında olduğu irəli sürülür.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Qərb #və #Rusiya #yenə #üzüzə #Ölkə #xarabalığa #çevrilib

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu