fbpx

Qərbi Azərbaycan İcması məlumat yaydı

BEY.AZ informasiya agentliyi xəbər verir


2023-cü il avqustun 14-də Avropa İttifaqının (Aİ) Ermənistandakı Missiyası Azərbaycan Xarici İşlər Nazirliyinin Ermənistanın şərti sərhəddə silahlı qüvvə və hərbi texnika cəmləşdirməsi barədə bəyanatına reaksiya kimi olaraq tələm-tələsik, hətta az qala Ermənistan XİN-ini qabaqlayan açıqlama verib.

Metbuat.az xəbər verir ki, bu barədə Qərbi Azərbaycan İcmasının məlumatında bildirilib.

Qeyd edilib ki, 30 il ərzində Azərbaycan ərazilərinin işğalını, yüz minlərlə azərbaycanlının öz doğma yurdlarından qovulmasını “görməyənlər” indi revanşist hisslərlə yaşayan Ermənistana kömək etmək üçün növbəyə düzülüblər və konkret olaraq Aİ Missiyası Ermənistanın ruporuna çevrilib.

Qərbi Azərbaycan İcması bildirir ki, Aİ missiyasının patrul apardığı, tez-tez binokla Azərbaycan tərəfə baxdığı ərazilərin əksəri deportasiyaya məruz qalmış qərbi azərbaycanlıların vaxtilə yaşadıqları və zorla qovulduqları torpaqlardır. Aİ-nin İcmanın müraciətlərinə əməli reaksiya verməməsi onun beynəlxalq hüquqa, bəşəri dəyərlərə və prinsiplərə fərqli yanaşma nümayiş etdirməsini göstərir.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Qərbi #Azərbaycan #İcması #məlumat #yaydı

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu