fbpx

Qabiliyyət imtahanlarından müsbət qiymət alıb qəbul ola bilməyənlərə MÜRACİƏT

BEY.AZ informasiya agentliyi xəbər verir


Dövlət İmtahan Mərkəzi Təsviri incəsənət müəllimliyi və Musiqi müəllimliyi komissiyaları üzrə qabiliyyət imtahanlarından müsbət qiymət alan, lakin I mərhələdə ali təhsil müəssisələrinə qəbul ola bilməyən abituriyentlərə müraciət edib.

Dövlət İmtahan Mərkəzindən Metbuat.az-a verilən məlumata görə, xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə plan yerlərinin komplektləşdirilməsi məqsədilə Bakı şəhərində yerləşən qabiliyyət imtahanı komissiyaları üzrə məqbul qiymət alan abituriyentlərə regionlarda yerləşən ali təhsil müəssisələrinin müvafiq komissiyalarının ixtisaslarını (musiqi üzrə alətlər nəzərə alınmaqla) seçməyə icazə verilir.

Bundan əlavə, regionda yerləşən qabiliyyət imtahanı komissiyaları üzrə məqbul qiymət almış abituriyentlər Bakı istisna olmaqla, digər regionların ali təhsil müəssisələrinin müvafiq komissiyalarının ixtisaslarını (musiqi üzrə alətlər nəzərə alınmaqla) seçə bilərlər.

Komissiya kodları və ixtisaslar

13 – Təsviri incəsənət müəllimliyi (Bakı)

81 – Təsviri incəsənət müəllimliyi (Gəncə Dövlət Universiteti)

89 – Təsviri incəsənət müəllimliyi (Lənkəran Dövlət Universiteti)

32 – Musiqi müəllimliyi (Bakı)

76 – Musiqi müəllimliyi (Naxçıvan Dövlət Universiteti)

83 – Musiqi müəllimliyi (Gəncə Dövlət Universiteti)

Qeyd. Ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə ixtisas seçimi 9 sentyabr saat 23:59-dək davam edəcək. Boş qalan plan yerlərinin siyahısı “Abituriyent” 7 jurnalında dərc olunub.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Qabiliyyət #imtahanlarından #müsbət #qiymət #alıb #qəbul #ola #bilməyənlərə #MÜRACİƏT

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu