fbpx

Qadın güləşçilərimiz çempionatı 3 medalla başa vurdu

BEY.AZ informasiya agentliyi xəbər verir

Rumıniyanın paytaxtı Buxarestdə keçirilən U-17 Avropa çempionatında qadın güləşi üzrə yarışa yekun vurulub.

Metbuat.az AZƏRTAC-a istinadla xəbər verir ki, böyük məşqçi Həsrət Məmmədyarov və məşqçi Solmaz Adilovanın rəhbərliyi altında 6 idmançı ilə qitə birinciliyinə yollanan yığma komanda 1 dəst medal qazanıb.

Yunan-Roma güləşində olduğu kimi, qadın güləşində də rekord qeydə alınıb. Belə ki, Azərbaycan 66 xalla komanda hesabında Avropa beşincisi olub. Buna qədər bu yaş qrupu üzrə qitə birinciliyində zərif cinsin nümayəndələri ən yaxşı halda 62 xal (Faenza-2019) toplamışdı.

Bundan başqa, qadın güləşində medalların əyarına görə son 7, sayına görə isə son 9 ilin ən yaxşı nəticəsinə imza atılıb.

Xatırladaq ki, Buxarestdə qadın güləşçilərimiz Ruzanna Məmmədova (49 kq) qızıl, Elvina Kərimzadə (43 kq) gümüş, Aysel Məmmədzadə (46 kq) isə bürünc medal qazanıb.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu