fbpx

QAİ-dən Almaniya Bundestaqının komitə sədrinə ÇAĞIRIŞ

BEY.AZ informasiya agentliyi xəbər verir


Almaniya Bundestaqının xarici məsələlər komitəsinin sədri Mihael Rot Avropa İttifaqının Ermənistandakı missiyasının Azərbaycan ərazilərini də əhatə etməsinin vacibliyi ilə bağlı bəyanat verib.

Metbuat.az xəbər verir ki, bu barədə Qərbi Azərbaycan İcmasından məlumat verilib.

“M.Rotdan Azərbaycanın suverenliyinə qarşı yönəlmiş bu cür təxribatçı bəyanatlardan çəkinməyi tələb edirik. Mihael Rotun diqqətinə çatdırırıq ki, Avropa İttifaqının Ermənistandakı Missiyasının patrul apardığı ərazilərin əksəri vaxtilə azərbaycanlıların yaşadığı və deportasiya edildiyi ərazilərdir. Qərbi Azərbaycan İcması hesab edir ki, M.Rot Ermənistan hökumətini azərbaycanlıların öz dədə-baba yurdlarına qayıdışına imkan yaratmağa və Avropa İttifaqının missiyasını bu prosesə töhfə verməyə çağırmalıdır” – bəyanatda bildirilib.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#QAİdən #Almaniya #Bundestaqının #komitə #sədrinə #ÇAĞIRIŞ

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu