fbpx

QAİ UNESCO ilə əməkdaşlıq edəcək

BEY.AZ informasiya agentliyi xəbər verir


Xəbər verdiyimiz kimi, Qərbi Azərbaycan İcması UNESCO ilə predmetli dialoqu çərçivəsində konkret mövzuları təşkilat rəhbərliyinə təqdim etmiş və mədəni irsin qorunması sahəsində icmalara müvafiq rol tanıyan beynəlxalq konvensiyalara uyğun olaraq, potensialın gücləndirilməsi sahəsində UNESCO-nun praktiki yardımlarını xahiş etmişdi.

Metbuat.az xəbər verir ki, bu barədə Qərbi Azərbaycan İcmasından bildirilib.

Qeyd edilib ki, UNESCO bu günlərdə İcmaya cavab məktubu göndərərək, mədəni irsin qorunması sahəsində İcmanın çağırışına uyğun olaraq müvafiq addımlar atacağını bildirmiş və potensialın gücləndirilməsi sahəsində dəstək göstərmək barədə İcmanın xahişinə müsbət cavab verib.

İcma Ermənistandakı Azərbaycan mədəni irsinin qorunması ilə bağlı imkanlarının artırılması, o cümlədən, müasir metodologiya əsasında mədəni abidələrin reyestrinin aparılması, onların vəziyyətinin qiymətləndirilməsi və bərpası üçün lazım olan addımların müəyyən edilməsi üçün UNESCO ilə praktiki əməkdaşlığı davam etdirəcək.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#QAİ #UNESCO #ilə #əməkdaşlıq #edəcək

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu