fbpx

“Qalatasaray” “Mançester Yunayted”in həyətində ziyafət verdi

Videoları sosial şəbəkə hesablarımızda izləmək üçün bu hesablara abone olBEY.AZ informasiya agentliyi xəbər verir

“Qalatasaray”ın UEFA Çempionlar Liqasında “Mançester Yunayted”i məğlub etməsi ilə bağlı İngiltərə mediası diqqətçəkən xəbərlər dərc edib.

Metbuat.az xəbər verir ki, “TNT Sports” “Qalatasaray”ın 3-2 hesablı qələbəsi ilə bağlı “Beş ildə Çempionlar Liqasında ilk qələbə, Çempionlar Liqasında 17 matçda səfərdə qazanılan ilk qələbə, “Qalatasaray” üçün “Old Trafford”da inanılmaz bir gecə” deyə yazıb.

“Goal”: “Qalatasaray” Mançester Yunaytedin həyətində ziyafət verdi! Çempionlar Liqasının qalibiyyətindən sonra “Old Trafford”da əyləndilər.

“Sky Sports”: “Hojlundun qolu “Mançester Yunayted” üçün müsbət mənzərə yaratsa da, bərabərlik qolları ilə bu tamamilə dəyişdi.

“The Guardian”: “Mançester Yunaytedin” iztirabları “Qalatasaray” məğlubiyyəti ilə davam etdi.

Qeyd edək ki, “Mançester Yunayted” bu mövsüm keçirdiyi 10 matçdan 6-da məğlub oldu.

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz. #Qalatasaray #Mançester #Yunaytedin #həyətində #ziyafət #verdi

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu