fbpx

“Qalatasaray” və “Rakov” ÇL-in pley-off mərhələsində

BEY.AZ informasiya agentliyi xəbər verir


Ötən gecə Çempionlar Liqasında 3-cü təsnifat mərhələsinin cavab oyunları start götürüb.

Metbuat.az xəbər verir ki, 1-ci oyun günündə 9 cavab oyunu keçirilib.

Türkiyə “Qalatasaray”ı ilk görüşdə 3:0 hesabı ilə qalib gəldiyi “Olimpiya” ilə bu dəfə İstanbulda qarşılaşıb. 1:0 hesablı qələbə qazanan “Qalatasaray” rəqibini ümumilikdə 4:0 hesabı ilə məğlub edərək pley-offa adlayıb.

Azərbaycan millisinin üzvü Mahir Emrelinin də çıxış etdiyi Zaqreb “Dinamo”su isə bu gün 3-cü təsnifat mərhələsində evdə AEK-lə ilk oyuna çıxıb. Çünki komandalar arasında 8 avqustda Yunanıstanda keçirilməli oolan görüş azarkeşlərin iğtişaşına görə təxirə salınmışdı. Bugünkü matçda Mahirin komandası AEK-ə məğlub olub. Cavab görüşü avqustun 19-da Yunanıstanda olacaq.

UEFA Çempionlar Liqası, 3-cü təsnifat mərhələsi, cavab oyunları

21:00. “Aris” (Kipr) – “Rakov” (Polşa) – 0:1

Qol: Tudor, 49

İlk oyun: 1:2

21:00. “Makkabi” (Hayfa, İsrail) – “Slovan” (Slovakiya) – 3:1

Qollar: Pierro, 29, Saba, 45+2, David, 90+3 – Toliç, 85

İlk oyun – 2:1

21:00. “Molde” (Norveç) – “Klaksvik” (Farer adaları) – 2:0

Qollar: Eriksen, 18, Linnes, 112

İlk oyun – 1:2

21:00. “Sparta” (Çexiya) – “Kopenhagen” (Danimarka) – 3:3 (Penaltilər seriyası – 2:4)

Qollar: Birmançeviç, 80, Laçi, 105, Olatunyi, 107 – Larsson, 1, Kleasson, 105+3, 112

İlk oyun – 0:0

22:00. “Qalatasaray” (Türkiyə) – “Olimpiya” (Sloveniya) – 1:0

Qol: İkardi, 24

Qırmızı vərəqə: Lukas Torreyra, 64 (“Qalatasaray”)

İlk oyun – 3:0

22:00. “Baçka Topola” (Serbiya) – “Braqa” (Portuqaliya) – 1:4

Qollar: Rokanyaç, 40 – Pizzi, 9, Bruma, 13, Fernandeş, 16, Musrati, 20

İlk oyun – 0:3

22:30. “Servett” (İsveçrə) – “Reyncers” (Şotlandiya) – 1:1

Qollar: Kutesa, 22 – Tavarnier, 50

İlk oyun – 1:2

22:30. “Şturm” (Avstriya) – PSV (Niderland) – 1:3

Qollar: Bovinq Vik, 26 – Veerman, 32, De Yonq, 39, Pepi, 85-pen.

İlk oyun – 1:4

23:00. “Marsel” (Fransa) “Panatinakos (Yunanıstan) – 2:1 (Penaltilər seriyası – 3:5)

Qollar: Obameyanq, 2, 45+1 – İoannidis, 90+10-pen.

İlk oyun – 0:1

Təxirə salınmış ilk oyun

22:00. “Dinamo” (Zaqreb, Xorvatiya) – AEK (Yunanıstan) – 2:1

Qollar: Bulat, 39 – Zuber, 59, Qalanopulos, 90



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Qalatasaray #və #Rakov #ÇLin #pleyoff #mərhələsində

Bir Cevap Yazın

Başa dön tuşu