fbpx
Xəbərlər

​”Qalatasaray”dan Ramos üçün təntənəli təqdimat

BEY.AZ informasiya agentliyi xəbər verir


“Qalatasaray” “Molde” ilə oynayacağı cavab matçında Serxio Ramosu təqdim etməyə hazırlaşır.

Metbuat.az xəbər verir ki, “Qalatasaray” futbolçu ilə razılığa gəlib. “Fanatik” qəzetinin xəbərinə görə, “Qalatasaray” rəhbərliyi klubun “Molde”ni mübarizədən kənarlaşdıracağını hesab edir. Buna görə də, oyun bitəndən sonra Ramos Hakim Ziyeç kimi stadionda təqdim ediləcək. Qeyd edək ki, bundan əvvəl Çempionlar Liqasında qruplara vəsiqə qazanacağı təqdirdə Serxio Ramosun “Qalatasaray”a transfer olmaq üçün bəzi güzəştlər edəcəyi barədə xəbərlər dərc edilmişdi. “Qalatasaray”ın Serxio Ramosa 5 milyon avro+imza pulu və imic haqqı təklif etdiyi bildirilib. Məlumata görə, təcrübəli müdafiəçinin ilk tələbində imza haqqı da daxil olmaqla 15 milyon avro istədiyi iddia edilsə də, sonradan Çempionlar Liqası məsələsi səbəbindən o, bu məbləği 8 milyon avroya endirib.

Bildirilir ki, “Qalatasaray” Çempionlar Liqasının qrupuna vəsiqə qazansa Ramos illik məvacibində daha da endirim edə bilər.

“Qalatasaray” UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyununda “Molde”ni səfərdə 2-0 hesabı ilə məğlub edib.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Qalatasaraydan #Ramos #üçün #təntənəli #təqdimat

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu