fbpx

Qanunsuz balıq ovlayan şəxslər cəzalandırılıb

BEY.AZ informasiya agentliyi xəbər verir


Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən növbəti nəzarət tədbirləri zamanı Xəzər dənizinin Bakı şəhəri akvatoriyasında, Kür çayı, Mingəçevir su anbarı və Baş Mil-Muğan kollektorunda balıq ovlayan şəxslər saxlanılıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Metbuat.az-a verilən xəbərə görə, Xidmət rəsmisi Bəhruz Məhəmmədov bildirib ki, araşdırma zamanı brakonyerlərin Qazax rayon sakini Səxavət Vəkilov, Sabirabad rayon sakini Pərviz İsmayılov, Mingəçevir şəhər sakini Yaşar Hüseynov və Xocalı rayon sakini Niyaməddin Səfərov olduğu müəyyən edilib, onlardan istifadəsi qadağan olunmuş ov alətləri götürülüb.

Faktlarla bağlı qanun pozucuları barəsində protokol tərtib olunub və qanunamüvafiq tədbirlər görülüb.

Bəhruz Məhəmmədov onu da qeyd edib ki, ayrı-ayrı inzibati rayonların ərazisində keçirilən nəzarət tədbirləri zamanı su hövzələrindən ümumilikdə 1222 metr uzunluğunda sintetik tor yığışdırılıb.





You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu