fbpx

Qarabağ Avropada son 10 ilin ən yaxşı 100 klubu arasında

BEY.AZ informasiya agentliyi xəbər verir


Avropada son 10 ilin ən yaxşı 100 klubu açıqlanıb.

Metbuat.az APASPORT-a istinadən xəbər verir ki, Azərbaycan siyahıda bir komanda ilə təmsil olunub.

Bu, Ağdamın “Qarabağ” klubudur. Qurban Qurbanovun yetirmələrinin hesabında 42,00 xal var.

Azərbaycan çempionu onilliyin 70-cisidir. Təmsilçimiz bu mövqeyi Rumıniya “Styaua”sı ilə bölüşür.

“Qarabağ” tanınmış klublardan “Fənərbaxça”, “Betis”, “Renn”, “Lill”, “Real Sosyedad”, “Vest Hem”i, həmçinin Azərbaycan komandalarının keçmiş və indiki rəqiblərindən APOEL, “Rapid”, “Şerif”, “Molde”, “Dnepr” və BATE-ni də arxada qoyub.

Cədvələ “Real” başçılıq edir. “Bavariya” ikinci, “Barselona” üçüncüdür.

Qeyd edək ki, qardaş Türkiyə “Top-100”də üç komanda ilə təmsil olunub. “Beşiktaş” 39-cu, “Qalatasaray” 48-cı, “Fənərbaxça” 74-cüdür.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.

Bir Cevap Yazın

Başa dön tuşu