fbpx

“Qarabağ” Avropanın ən yaxşı 10 klubu arasına düşdü

BEY.AZ informasiya agentliyi xəbər verir


“Qarabağ” Avropada ən az qol buraxan komandaların sıralamasında ilk “10-luğ”a düşüb.

Metbuat.az-ın məlumatına görə, Azərbaycan çempionu cari mövsüm milli çempionatların geridə qalan hissəsində ən yaxşı müdafiə olunan 9-cu klubdur.

Siyahı komandaların orta hesabla neçə dəqiqədən bir top buraxmalarına əsasən hazırlanıb. Qurban Qurbanovun yetirmələri Premyer Liqanın ilk yarısında qapısında cəmi 8 qol görüb. Bu o deməkdir ki, ağdamlılar 202 dəqiqədən bir rəqiblərə qol sevinci yaşamaq imkanı verir.

Cədvələ 3 komanda başçılıq edir. İspaniya “Barselona”sı, həmçinin, Yunanıstan klubları “Panatinaikos”la AEK eyni göstəriciyə imza atıblar. Adıçəkilən komandaların hər biri ilk 14 matçda cəmi 5 dəfə mərkəzə dəvət olunublar.

1-3. “Barselona” (İspaniya) – 14 oyun / 5 qol – 252 dəqiqədən bir 1 qol

1-3. “Panatinaikos” (Yunanıstan) – 14 / 5 – 252

1-3. AEK (Yunanıstan) – 14 / 5 – 252

4. “Srvena Zvezda” (Serbiya) – 19 / 7 – 244

5-6. APOEL (Kipr) – 16 / 6 – 240

5-6. TNS (Uels) – 16 / 6 – 240

7. “Makkabi” (Təl-Əviv, İsrail) – 15 / 6 – 225

8. “Zenit” (Rusiya) – 17 / 7 – 218

9. “Qarabağ” (Azərbaycan) – 18 / 8 – 202

10. “Yuventus” (İtaliya) – 15 / 7 – 193



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Qarabağ #Avropanın #ən #yaxşı #klubu #arasına #düşdü

Bir Cevap Yazın

Başa dön tuşu