fbpx

“Qarabağ” Azərbaycanın xal ehtiyatını artırdı

BEY.AZ informasiya agentliyi xəbər verir


Avrokuboklarda bu həftə keçirilən oyunlardan sonra növbəti UEFA reytinqi açıqlanıb.

Metbuat.az xəbər verir ki, “Qarabağ”ın Avropa Liqasının pley-offunda “Olimpiya” ilə ilk oyunda 2:0 hesablı qələbəsi Azərbaycanın UEFA reytinqində xal ehtiyatını artırıb.

Səfərdə qeydə alınan qələbə Azərbaycanın aktivinə 0,250 xal əlavə edib.

Bununla ölkənin cari mövsümdəki xalları 2,500 olub. Son 5 mövsümdəki ümumi əmsallarının sayı 16,750-yə çatan Azərbaycan reytinqdə 29-cu pillədə qalıb. 28-ci pillədə olan Slovakiya ilə xal fərqi 0,375 əmsala bərabərdir.

Qeyd edək ki, reytinqə 89,053 xalla İngiltərə başçılıq edir.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Qarabağ #Azərbaycanın #xal #ehtiyatını #artırdı

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu