fbpx

“Qarabağ” Fransadakı erməni təxribatı ilə bağlı UEFA-ya müraciət edib

BEY.AZ informasiya agentliyi xəbər verir


“Qarabağ” klubu Fransada “Marsel”ə qarşı keçirdikləri UEFA Konfrans Liqasının pley-off mərhələsinin ilk oyunundakı erməni təxribatı ilə bağlı UEFA-ya müraciət edib.

Klubun mətbuat Xidmətinin rəhbəri Gündüz Abbaszadə Metbuat.az-a bildirib ki, klub rəsmisi tribunadakı təxribat xarakterli bannerin qısa müddətdə, stüardların müdaxiləsindən sonra yığışdırıldığını bildirib: “Tribunada Ermənistan bayraqları da var idi. Onlar çirkin əməllərindən geri qalmırlar. Biz bununla bağlı əvvəlcədən “Marsel”ə və Avropa futbol qurumuna məlumat vermişdik. Stüardların müdaxiləsindən sonra bayraqlar da götürüldü. Matçdan sonra UEFA nümayəndəsinə və yerli kluba şifahi şəkildə etirazımızı bildirdik. Yazılı şikayətimizi isə yaxın günlərdə edəcəyik”.

Qeyd edək ki, qarşılaşma rəqibin 3:1 hesablı qələbəsi ilə bitib. Komandalar arasındakı cavab görüşü fevralın 24-də Bakıda olacaq.

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu