fbpx

“Qarabağ” “Frayburq”la oyundan sonra Avropa Liqası ilə VİDALAŞDI

BEY.AZ informasiya agentliyi xəbər verir


“Qarabağ” bu gün UEFA Avropa Liqasının qrup mərhələsində sonuncu oyununu keçirib.

Metbuat.az xəbər verir ki, Qurban Qurbanovun baş məşqçi olduğu komanda G qrupunun VI turunda Almaniyanın “Frayburq” klubunu qəbul edib. Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək matçı Aleksey Kulbakovun başçılıq etdiyi belaruslu hakimlər briqadası idarə edib.

“Köhlən atlar”da Filip Ozobiç, Qara Qarayev görüşü buraxıb.

Matçın ilk dəqiqələrində “köhlən atlar” rəqibin qapısına güclü əks-hücum edib. Oyunun 5-ci dəqiqəsində Ovusu Kvabena “Frayburq”un qapısına ilk təhlükəli hücumunu edib. Lakin zərbəsi dəqiq alınmayıb. 10-cu dəqiqədə Kadi Borgesin də zərbəsi qolsuz nəticələnib.

Matçın ilk 20 dəqiqəsində Ağdam təmsilçisi rəqibin qapısına etdiyi hücumlarla üstünlük təşkil etsə də, 24-cü dəqiqədə rəqib hesabı açıb. Belə ki, Bəhlul Mustafazadənin Almaniya təmsilçisinin oyunçusuna qarşı qayda pozuntusu penalti ilə nəticələnib. Nils Petersen bu imkandan yararlanaraq zərbəsini dəqiq yerinə yetirib -1:0.

38-ci dəqiqədə əks-hücumla davam edən Ovusu Kvabena rəqib qapısına topu göndərsə də, bundan nəticə əldə etməyib. Top qapının üstündən keçib.

İkinci hissəyə 2 dəqiqə artırılıb. Nəticə isə dəyişməyib.

49-cu dəqiqədə rəqibin oyunçusu Marko Veşoviçə qarşı kobud oynayıb. Penalti təyin edildiyi gözlənilsə də, hakimlərin qərarı əksinə olub. 53-cü dəqiqədə Marko Veşoviç “Frayburq”a qol vurub. Hakimlər VAR-a baxdıqdan sonra ofsayd olduğunu qeyd edib. 57-ci dəqiqəsində Kadi Borges qapıya doğru topu ötürüb, Bəhlul Mustafazadə isə topa toxuna bilməyib.

62-ci dəqiqədə Kevin Medina rəqibin qapısına qarşı kobud oynadığı üçün qırmızı vərəqə ilə cəzalandırılıb. “Qarabağ” 10 oyunçu ilə mübarizəyə davam edib.

Komandada ilk dəyişiklik isə 62-ci dəqiqədə baş tutub. Ramil Şeydayevin yerinə Maksim Medvedev oyuna daxil olub. 69-cu diqədə Abdullah Zubir qol imkanına yaxınlaşsa da, nəticə əldə edə bilməyib. 84-cü dəqiqədə Cəfərquliyev qapıya doğru hərəkət edib. Rəqibin müdafiəçiləri “köhlən atlar”ın oyunçusuna imkan verməyib.

87-ci dəqidə Qurbanov 4 dəyişikliyi birdən edib. Belə ki, Elvin Cəfərquliyevi Toral Bayramov, Riçard Almeydanı Musa Qurbanlı, Marko Veşoviç və Yankoviçi Julio Romao və Abbas Hüseynov əvəz edib.

Hakim əsas vaxta 7 dəqiqə əlavə edib. 90-cı dəqiqədə Toral Bayramovun dəqiq ötürməsi ilə Ovusu Kvabena görüşdə “Qarabağ”ın ilk qolunu vurub.

Matç 1:1 hesablı heç-heçə ilə bitib.

Nəticədə, komanda UEFA Konfrans Liqasının pley-offunda çıxış edəcək. G qrupunun digər matçında “Olimpiakos” Yunanıstanda Fransa “Nant”ına 0:2 hesabı ilə yenilib. 14 xala malik “Frayburq” qrup lideri kimi 1/8 finala yüksəlib. Xallarının sayını 9-a çatdıran “Nant” Avropa Liqasında pley-offa vəsiqə qazanıb. “Qarabağ” 8 xalla üçüncü olub, “Olimpiakos” 2 xalla sonuncu yeri tutub.




You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu