fbpx

“Qarabağ” klubu öz rekordunu təkrarlayıb

BEY.AZ informasiya agentliyi xəbər verir


“Qarabağ” futbol klubu Azərbaycan Premyer Liqasının 2022-2023-cü il mövsümündə 26-cı qələbəsini qazanıb. Baş məşqçi Qurban Qurbanovun yetirmələri buna XXXIII turda nail olublar.

Metbuat.az xəbər verir ki, Ağdam təmsilçisi “Qəbələ” ilə ev oyununda 3:0 hesabı ilə qalib gəlib. Bununla da “Qarabağ” klub tarixinin rekordunu təkrarlayıb.

Bölgə təmsilçisi ölkə çempionatında bir mövsüm ərzində qazanılan qələbə sayında ən yüksək göstəriciyə 2015-2016-cı il mövsümündə imza atıb. Həmin vaxt 36 matçdan 26-da rəqiblərini məğlub edən “Qarabağ” 7 ildən sonra həmin nəticəni təkrarlayıb. Mövsümün sonuna üç tur qaldığı üçün Q.Qurbanovun komandası bu rekordu yeniləmək imkanına da malikdir.

Qeyd edək ki, bir mövsümdəki qələbə sayında Azərbaycan çempionatlarının rekordu 1992-ci ildə qeydə alınıb. “Neftçi” həmin vaxt 36 oyunda 30 dəfə qalib gəlib.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Qarabağ #klubu #öz #rekordunu #təkrarlayıb

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu