fbpx

“Qarabağ” məğlub oldu


Bu gün Azərbaycan Premyer Liqasında XXXII turun növbəti oyunlar keçirilib.

BEY.AZ xəbər verir ki, “Sumqayıt” doğma meydanda lider “Qarabağ”ı qəbul edib. Mehdi Hüseynzadə adına şəhər stadionunda oynanılan görüş sumqayıtlıların 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Qarşılaşmanın yeganə qoluna 70-ci dəqiqədə Roi Kehat imza atıb.

Bu nəticədən sonra meydan sahibləri turnir cədvəlində 50 xalla ikinci pilləyə yüksəlib.

Günün digər oyunlarında isə “Neftçi” “Turan Tovuz”u 3:0 , “Kəpəz” “Qəbələ”ni 1:0 hesabı ilə üstələyib.

Turun açılış oyununda ötən gün “Sabah” “Səbail”i məğlub edib – 2:0.

Qeyd edək ki, tura aprelin 29-da “Zirə” – “Araz-Naxçıvan” matçı ilə yekun vurulacaq.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu