fbpx

“Qarabağ” məşhur türk şirkətinin sponsor təklifini QƏBUL ETMƏDİ

Videoları sosial şəbəkə hesablarımızda izləmək üçün bu hesablara abone olBEY.AZ informasiya agentliyi xəbər verir

Türkiyənin dünya markalı brendlərindən olan “Türk Hava Yolları” şirkəti “Qarabağ” komandasının sponsoru olmaq istəyib.

Metbuat.az “Qol.az”a istinadən bildirir ki, bununla əlaqədar tərəflər arasında danışıqlar da olub. THY Avropa kuboklarının matçları zamanı Ağdam klubunun titul sponsoru olmaqla bağlı təklif irəli sürüb. THY həmin matçlarda “Qarabağ”ın forması üzərində “Türk Hava Yolları”nın adının yazılmasını, əvəzində “Qarabağ”a 4-5 milyon manat ödəməyi təklif edib. Lakin Ağdam klubu bununla razılaşmayıb.

Səbəb isə “Qarabağ”ın baş sponsoru “Azərsun” Holdinqlə bağlıdır. Məlumdur ki, “Azərsun” 20 ildən artıq “Qarabağ”a sponsorluq edir və komandanın forması üzərində də bu şirkətin adı yazılır.

“Türkiyə Hava Yolları”nın təklif etdiyi məbləğ isə “Azərsun”un “Qarabağ”a ayırdığı hazırkı illik büdcədən bir neçə dəfə az olduğundan bu təklif təbii olaraq, qəbul edilməyib.

Qeyd edək ki, THY bir neçə il Azərbaycanda “Neftçi”nin sponsoru olub. Həmin əməkdaşlıq bu il başa çatıb.

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz. #Qarabağ #məşhur #türk #şirkətinin #sponsor #təklifini #QƏBUL #ETMƏDİ

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu