fbpx

“Qarabağ” orta səviyyədən yüksək komandadır”

BEY.AZ informasiya agentliyi xəbər verir


“Biz məğlubiyyətə görə məyus olduq. Daha çoxunu bacara bilərdik. Amma rəqibin orta səviyyədən yuxarı komanda olduğunu qəbul etməliyik”.

Metbuat.az-ın məlumatına görə, bunu İsveçrənin “Sürix” klubunun prezidenti Ancillo Kanepa “Qarabağ”a uduzduqları UEFA Çempionlar Liqasının II təsnifat mərhələsi ilə bağlı “Blick” nəşrinə açıqlamasında deyib.

69 yaşlı funksioner komandada təcrübə baxımından çatışmazlığın olduğunu bildirib: “Heyətdə beynəlxalq səviyyədə təcrübəli oyunçularımız var. Amma onlar da gözlənildiyi və ümid etdiyimiz kimi çıxış etmədilər”.

Kanepa FIFA prezidenti Canni İnfantinonun görüşü izlədiyini xatırladıb: “O bizimlə əlaqə saxlamışdı və matçı stadiondan canlı izləmək istədiyini dedi. Təbii ki, buna çox sevindik”.

Qeyd edək ki, Bakıda “Sürix”i 3:2 hesabı ilə məğlub edən “Qarabağ” səfərdəki matçın əsas vaxtında rəqibinə 1:2 hesabı ilə uduzub. Qurban Qurbanovun baş məşqçi olduğu komanda əlavə vaxtda vurduğu qol sayəsində növbəti mərhələyə yüksəlib – 2:2. “Köhlən atlar” Çempionlar Liqasının III təsnifat mərhələsində Macarıstanın “Ferentsvaroş” klubu ilə üz-üzə gələcək. Azərbaycan təmsilçisi ilk matçını avqustun 3-də Bakıda, cavab qarşılaşmasını isə avqustun 9-da Budapeştdə keçirəcək.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu