fbpx

“Qarabağ” qrupa düşməklə bu qədər qazandı

BEY.AZ informasiya agentliyi xəbər verir


“Qarabağ”ın Avropa Liqasının qrup mərhələsinə düşməklə qazandığı məbləğ bəlli olub.

Metbuat.az “Yenisabah.az”a istinadən UEFA Azərbaycan çempionuna ilkin 3 milyon 630 min avro mükafat ödəyəcək.

Avropa Liqasının qrupunda oynayacaq komandalar üçün 116 milyondan çox pul ayrılıb. Bu rəqəm 32 klub arasında bərabər bölünür. Hər iştirakçı 3,63 milyon qazanır. “Qarabağ” da pley-offda “Olimpiya”nı keçməklə bu vəsaitə sahib çıxıb.

UEFA bundan əlavə vəsait də verir. Bu, klubların reytinqi və digər marketinq məsələlərinin detalları ilə tənzimlənir.

Təmsilçimiz qrupda keçirəcəyi 6 matçda da qazanc əldə edə bilər. Burada hər qələbə 630, heç-heçə 210 min pul gətirəcək. Qrup qalibi 1,1 milyon, ikinci yerin sahibi 550 min əldə edəcək. Bu iki komanda həm də növbəti mərhələyə vəsiqə üçün əlavə bonus alacaq. Pley-offda iştirak 500 min, 1/8 finala vəsiqə 1,2 milyon gətirəcək.

Qeyd edək ki, Konfrans Liqasına yuvarlanan “Olimpiya” 2,94 milyon qazanacaq.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Qarabağ #qrupa #düşməklə #qədər #qazandı

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu