fbpx
Xəbərlər

“Qarabağ” Şahruddini məşhur qapıçı ilə əvəz etdi

BEY.AZ informasiya agentliyi xəbər verir


“Qarabağ” ağır zədə alan Şahruddin Məhəmmədəliyevin əvəzinə qapıçı tapıb.

Metbuat.az Sports.az-a istinadən xəbər verir ki, Ağdam təmsilçisi Almaniyanın “Bayer 04” klubunda çıxış edən Andrey Lunyovu mövsümün sonunacan icarəyə götürmək üçün məxsus olduğu kluba rəsmi təklif göndərib.

Rusiya yığmasında 7 oyun keçirmiş tanınmış qolkiper karyerasına Moskva “Torpedo”sunda başlayıb. Təcrübəli qapıçı Sankt-Peterburq “Zenit”indəki çıxışı ilə Rusiya hüdudlarından kənarda da məşhurlaşıb. O, 3 dəfə Rusiya çempionu olub, 1 dəfə bu ölkənin kubokunu qazanıb.

2021-ci ildə Leverkuzen təmsilçisinə keçən Lunyov ötən mövsüm bu klubun heyətində Bundesliqanın bürünc medalını qazanıb.

Mövsümün əvvəli Bundesliqada “Auqsburq”la oyunda 90 dəqiqə meydanda olan təcrübəli qapıçı daha sonra zədə səbəbindən “Bayer 04”ün əsas heyətindəki yerini itirib.

Lunyovun leverkuzenlilərlə müqaviləsi bu mövsümün sonu bitir.

“Qarabağ” tanınmış qolkiperi anlaşması bitənəcən Almaniya klubundan icarəyə götürmək üçün “Bayer 04”ə rəsmi təklif göndərib.





You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Qarabağ #Şahruddini #məşhur #qapıçı #ilə #əvəz #etdi

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu