fbpx
Xəbərlər

“Qarabağ” son 3 mövsümün rekorduna imza atdı

BEY.AZ informasiya agentliyi xəbər verir


“Qarabağ” son 3 mövsümün rekorduna imza atıb.

Metbuat.az xəbər verir ki, Ağdam klubu Premyer Liqanın son 16 oyununda qol vuraraq buna nail olub.

Komanda XXXI turda “Zirə” ilə ev matçında 2:2 hesablı heç-heçə edib. XV turda məhz bu rəqiblə qolsuz heç-heçə etdikdən sonra Qurban Qurbanovun yetirmələri hər qarşılaşmada qol sevinci yaşayıblar.

16 oyunluq qol seriyası son üç mövsümün mütləq rekordudur. “Qarabağ” 2021-ci ildə ardıcıl 15 matçda rəqib qapısına yol tapan “Neftçi” və “Zirə”ni geridə qoyub.

Qeyd edək ki, sonuncu dəfə daha uzun qol seriyasına 2019-cu ildə təsadüf olunub. 2018/2019 və 2019/2020 mövsümlərini əhatə edən vaxtda ağdamlılar 17 matçda meydanı qolsuz tərk etməyiblər.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Qarabağ #son #mövsümün #rekorduna #imza #atdı

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu