fbpx

“Qarabağ” və “Zirə” ikinci dəfə finalda qarşılaşacaq


Azərbaycan Kubokunun 2023-2024-cü illər mövsümündə finala yüksələn “Qarabağ” və “Zirə” ikinci dəfə həlledici görüşdə üz-üzə gələcək.

BEY.AZ xəbər verir ki, bu komandalar 2021-2022-ci illər mövsümündə də finalda qarşılaşıblar.

Yarımfinalı adlayan bu iki klub kubokun finalında bir dəfədən artıq qarşılaşacaq 6-cı cütdür. İndiyədək 5 duel yenidən finalda təkrarlanıb.

Kubok mövsümünün son matçında “Neftçi” – “Qarabağ” cütü üç dəfə qeydə alınıb. “Neftçi” – “Şəmkir”, “Kəpəz” – “Qarabağ”, “Xəzər Lənkəran” – “İnter”, “Neftçi” – “Qəbələ” matçları iki finala təsadüf edib.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu