fbpx

“Qarabağ” yarım milyonluq futbolçunu transfer edir

BEY.AZ informasiya agentliyi xəbər verir


“Qarabağ” klubu yarım milyon avroluq transferə hazırlaşır.

Metbuat.az offsideplus.az-a istinadən xəbər verir ki, Ağdam təmsilçisi Çilinin “Kolo-Kolo” klubundan Xordi Tompsonla maraqlanır. Bu barədə yerli mətbuat məlumat yayıb.

“Qarabağ” 19 yaşlı sol cinah oyunçusu üçün icarə təklifi göndərsə də, Çili klubu razılaşmayıb. “Köhlən atlar”ın yay transfer pəncərəsi bağlanana qədər hücumçunun keçidi üçün daha sərfəli təklif göndərəcəyi bildirilir.

Oyunçu ilə Niderland Eredeviziyasından “Tvente” klubu da maraqlanır. Futbolçunun “Transfermarkt”də dəyəri 550 000 avro civarındadır.Qeyd edək ki, Çili U-20 millisinin üzvü olan Tompson peşəkar klub karyerasına 2021-ci ildə “Kolo-Kolo”da start verib.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Qarabağ #yarım #milyonluq #futbolçunu #transfer #edir

Bir Cevap Yazın

Başa dön tuşu