fbpx

“Qarabağ” yeni rekorda imza atdı

BEY.AZ informasiya agentliyi xəbər verir


“Qarabağ” klubu Azərbaycan Kubokunda yeni rekorda imza atıb.

Metbuat.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, Ağdam təmsilçisi buna “Qəbələ“ni 3:1 hesabı ilə məğlub etdiyi yarımfinal mərhələsinin ilk oyununda nail olub.

Bu görüşədək keçirdiyi 68 səfər qarşılaşmasında 98 dəfə fərqlənən “köhlən atlar” qol sayını 101-ə çatdırıb. “Qarabağ”ın 101-ci qoluna penaltidən Kadi Borqes imza atıb. Ağdamlılar bu qolla turnirin tarixində rekordçu olub. Komanda səfərdəki qol sayında 100 dəfə fərqlənən “Neftçi”ni keçib. “Köhlən atlar”ın orta məhsuldarlığı 1,46-dır.

“Qarabağ”ın Azərbaycan Kubokundakı 100-cü qolunu isə İbrahima Vadji vurub. Seneqallı hücumçu 88-ci dəqiqədə komandasını hesabda önə keçirib.




You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu