fbpx
Xəbərlər

“Qarabağ”a keçmək istəyən futbolçu klubuna təzyiq göstərir


“Krasnodar”ın vingeri Kadi Yuri Borges yayda “Qarabağ”a qayıda bilər.

BEY.AZ Pressing.az-a istinadən xəbər verir ki, 27 yaşlı futbolçu komandanın baş məşqçisi Murad Musayevə ayrılmaq istəyi ilə bağlı xahiş edib. O, agentinə “Qarabağ”a qayıtması üçün danışıqlara başlamasını tapşırıb.

“Qarabağ”ın Kadini transfer etmək üçün böyük büdcəsi olmasa da, braziliyalını icarəyə götürməyə müsbət yanaşa bilər. Rusiyada axtardığı xoşbəxtliyi tapmayan Kadi keçidin tezliklə həll olunmasını istəyir və yayda ağdamlılara qoşulmağı arzulayır.

Xatırladaq ki, “Krasnodar” Kadini 2023-cü ilin yanvarında beş milyon avro qarşılığında transfer etmişdi.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu