fbpx

“Qarabağa qayıtdıq” adlı tədbir keçirilib

BEY.AZ informasiya agentliyi xəbər verir

Bakı şəhərində yerləşən 227 nömrəli tam orta məktəbin müəllim və şagird heyəti “Qarabağa qayıtdıq” adlı tədbir keçirib.

Metbuat.az xəbər verir ki, “Şuşa ili” çərçivəsində reallaşan mərasim dövlət himninin səslənməsi, şəhidlərimizin əziz xatirəsinin yad edilməsi ilə başlayıb. Daha sonra qonaqlar məktəbin müəllim və şagirdlərinin hazırladığı sərgi və kompazisiyalarla tanış olublar.

Müxtəlif sinif şagirdlərinin ifasında tarixi səhnəciklər, qəzəllər ifa olunub, məktəbin bir-birindən fəqli layihələri üzrə araşdırma və təqdimatlar göstərilib.

Tədbirdə vaxtilə həmin məktəbdə təhsil almış qazilər də iştirak ediblər. Onlar məktəblilərlə təəssüratlarını bölüşüblər. Məktəbin direktoru Sevinc Hüseynova tədbirin keçirilməsində məqsədin şagirdləri Qarabağla daha yaxından tanış etmək olduğunu bildirib.

Tədbirdə həmçinin məktəbin müəllim heyətinin hazırladığı Qarabağ mətbəxinə aid nümunələr ilə zəngin sərgi xüsusi maraqla qarşılanıb.

Daha sonra tədbir vətənpərvərlik mövzusunda müxtəlif rəqs və mahnıların ifa olunması ilə davam etdirilib.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu