fbpx

“Qarabağda yaşayan azərbaycanlı və erməni sakinlərin təhlükəsizliyinə zəmanət veririk”

Videoları sosial şəbəkə hesablarımızda izləmək üçün bu hesablara abone olBEY.AZ informasiya agentliyi xəbər verir

“Hazırda Azərbaycan Silahlı Qüvvələrinin mühəndis bölmələri tərəfindən ərazi təmizlənir. Biz Qarabağda yaşayan erməni sakinləri ərzaq, su və istilik ilə təmin edirik. Demilitarizasiya prosesi, eləcə də Şuşa-Xankəndi yolunun təmizlənməsi davam edir. İndi isə biz otuz ildən çox ərzində qeyri-qanuni işğalın simvolu olmuş tankın yerləşdiyi ərazidəyik. Gördüyünüz kimi, tank artıq burada yoxdur”.

Metbuat.az xəbər verir ki, bu sözləri Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi polkovnik Anar Eyvazov deyib.

O qeyd edib ki, sentyabrın 19-da Azərbaycanın 4 polis əməkdaşı Əhmədbəyli-Füzuli-Şuşa yolunda mina partlayışı nəticəsində həlak olub. Bundan əlavə, həmin gün günorta saatlarında, 2 hərbi qulluqçumuz Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi ərazidə qanunsuz fəaliyyət göstərən erməni birləşmələri tərəfindən atəşə məruz qalıb. Buna cavab olaraq Azərbaycan tərəfindən görülmüş lokal antiterror tədbirləri nəticəsində erməni dəstələrinin tərk-silah olunması ilə bağlı razılıq əldə edilib. Hazırda bu proses davam edir.

“Azərbaycanın Silahlı Qüvvələri Qarabağda yaşayan azərbaycanlı və erməni sakinlərin təhlükəsizliyinə zəmanət verir. Bu məqsədlə minatəmizləmə işləri aparılır. Həmçinin Kəlbəcər, Füzuli və Ağdam şəhərlərində müvəqqəti çadır düşərgələri qurulub. Bu çadır düşərgələrində 1000 nəfərə yaxın sakin ərzaq, su və elektrik enerjisi ilə təmin olunacaq”, – deyə Müdafiə Nazirliyinin rəsmisi əlavə edib.

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz. #Qarabağda #yaşayan #azərbaycanlı #və #erməni #sakinlərin #təhlükəsizliyinə #zəmanət #veririk

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu