fbpx

Qarabağdakı sakinlərə göndərilən məhsulların həcmi açıqlandı

Videoları sosial şəbəkə hesablarımızda izləmək üçün bu hesablara abone olBEY.AZ informasiya agentliyi xəbər verir

“20 ton ərzaq məhsulları və gigiyenik vasitələr, eləcədə çörək məhsulları Qarabağda yaşayan dinc sakinlərə göndərilir”.

Metbuat.az “Report”a isinadla xəbər verir ki, bunu Fövqəladə Hallar Nazirliyinin Qarabağ Regional Mərkəzinin rəisi Mirəli Feyziyev bildirib.

Onun sözlərinə görə, Azərbaycan FHN-nin xəttilə Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni əhalisi üçün ərzaq məhsullarının göndərilməsi həyata keçirilir: “Sentyabrın 22-də hər birini tutumu 20 ton ərzaq məhsulları və gigiyenik vasitələr və eləcədə iki ədəd içərisində çörək olan maşınlar Ağdam rayonundan Xankəndi istiqamətinə hərəkət edir. Yük karvanı hazırda açıq olan, Ağdam-Xankəndi yolundan istifadə etməklə Xankəndinə çatdırılacaq. Humanitar karvan təyinat nöqtəsinə çatdıqdan sonra əhaliyə paylanacaq”.

M.Feyziyev Qarabağda yaşayan erməni sakinlər üçün bundan sonra da humanitar məqsədli dəstəyin veriləcəyini bildirib: “Bundan sonra da bu kimi humanitar məhsulların göndərilməsi təmin olunacaq”.

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz. #Qarabağdakı #sakinlərə #göndərilən #məhsulların #həcmi #açıqlandı

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu