fbpx

“Qarabağ”dan mövsümdə ilk məğlubiyyətini aldı

BEY.AZ informasiya agentliyi xəbər verir


Bu gün Misli Premyer Liqasında 30-cu tura yekun vurulub.

Metbuat.az xəbər verir ki, sonuncu oyun günündə iki görüş keçirilib.

“Şamaxı” öz meydanında “Sumqayıt”la qarşılaşıb. Oyunda qapılara qol vurulmayıb.

Turun mərkəzi oyununda isə lider “Qarabağ” 2-ci yerdəki “Sabah”ın qonağı olub. Matç meydan sahiblərinin qələbəsi ilə başa çatıb – 2:1. “Sabah”ın heyətində Coy Lens Mikels 4 dəqiqəyə dubl edib. Bu, “Qarabağ”ın mövsümdə ilk məğlubiyyətidir. Həm də bu, “Sabah”ın tarixində “Qarabağ” üzərində ilk qələbəsidir.

Mövsümün sonuna 6 tur qalmış “Sabah” “Qarabağ”la xal fərqini 9-a endirib. Hazırda Ağdam təmsilçisi 77 xalla 1-ci, “Sabah” isə 68 xalla 2-cidir.

16 aprel (bazar)

19:00. “Sabah” – “Qarabağ” – 2:1

Qollar: Coy Lens Mikels, 72 (1:0), 76 (2:0), Riçard Almeyda, 86-pen. (2:1)
Hakimlər: Tural Qurbanov, Vüsal Məmmədov, Rəhman İmami, Rauf Allahverdiyev
“Bank Respublika Arena”.

16:00. “Şamaxı” – “Sumqayıt” – 0:0
Hakimlər:
Fərid Hacıyev, Müslüm Əliyev, Kamran Bayramov, Nicat İsmayıllı
Şamaxı şəhər stadionu

14 aprel (cümə)

“Neftçi” – “Qəbələ” – 1:2

“Zirə” – “Səbail” – 3:1

15 aprel (şənbə)

“Kəpəz” – “Turan Tovuz” – 1:0



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Qarabağdan #mövsümdə #ilk #məğlubiyyətini #aldı

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu