fbpx

“Qarabağ”dan topu almaq asan məsələ deyil”

BEY.AZ informasiya agentliyi xəbər verir


“Oyunçularımı təbrik edirəm. Belə gərgin vəziyyətdə mübarizə aparmaq asan deyil”.

Metbuat.az Report-a istinadən xəbər verir ki, bunu Yunanıstanın “Olimpiakos” komandasının baş məşqçisi Miçel Qonsales Bakıda “Qarabağ”la qolsuz heç-heçə etdikləri UEFA Avropa Liqasının qrup mərhələsinin IV tur oyunundan sonra mətbuat konfransında deyib.

59 yaşlı mütəxəssis gələcəyə ümidli baxdıqlarını bildirib:

“Komandadakı durumu görürsünüz. Bu vəziyyətdən birlikdə çıxmağa çalışacağıq. Bəzi itkilərimiz var. Yann MVila ağrılarla oynayırdı”.

Qonsales “Qarabağ”ın baxımlı oyun sərgilədiyini vurğulayıb:

“Yəqin ki, azarkeşlər də öz komandalarının oyunundan zövq aldılar. Həmişə dolu tribunalar önündə çıxış etmək xoşuma gəlib”.

Baş məşqçi Yunanıstanda 0:3 hesabı ilə uduzduqları III tur matçını xatırladıb:

“Həmin nəticə amansız oldu. Məğlubiyyəti haqq etmirdik. Evdəki görüşdə hər səhv edəndə qapımızda qol gördük. Hücumda bir çox alternativi olan komandaya qarşı oynadıq. Onlardan topu almaq və dominantlıq etmək asan deyil”.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.

Bir Cevap Yazın

Back to top button

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin