fbpx

“Qarabağ”ın bu futbolçuları “Qalatasaray”a qarşı oynamayacaq

BEY.AZ informasiya agentliyi xəbər verir


“Qarabağ”ın on futbolçusunun “Qalatasaray”a qarşı keçiriləcək xeyriyyə oyununu buraxacağı dəqiqləşib.

Metbuat.az xəbər verir ki, bunlar Luka Quqeşaşvili, Marko Veşoviç, Marko Yankoviç, Bəhlul Mustafazadə, Toral Bayramov, Elvin Cəfərquliyev, Riçard Almeyda, Filip Ozobiç, Ramil Şeydayev və Musa Qurbanlıdır.

Luka Gürcüstan millisinə, Marko Veşoviç və Marko Yankoviç Monteneqro yığmasına Avro-2024-ün seçmə mərhələ matçları üçün dəvət alıblar. Digər oyunçular isə Azərbaycan millisinə çağırılıblar.

Qeyd edək ki, martın 26-sı Bakı Olimpiya Stadionunda keçiriləcək “Qarabağ” – “Qalatasaray” oyunu saat 20:00-da başlayacaq. Görüşün bilet satışından əldə olunan gəlir Türkiyədə baş verən güclü zəlzələdən zərər çəkənlərə göndəriləcək.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Qarabağın #futbolçuları #Qalatasaraya #qarşı #oynamayacaq

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu