fbpx

“Qarabağ”ın Kadini satdığı məbləğ AÇIQLANDI

BEY.AZ informasiya agentliyi xəbər verir


Xəbər verdiyimiz kimi, “Qarabağ” futbol klubu Kadi Borgesin “Krasnodar”a transfer olunduğunu rəsmən açıqlayıb.

Metbuat.az Qafqazinfo-ya istinadən xəbər verir ki, transfer Ağdam klubuna 5 milyon dollar qazandıracaq.

Belə ki, braziliyalı futbolçu ilə yayda bağlanmış müqavilənin şərtlərinə əsasən, hər hansı bir klub qeyd olunan məbləği təklif edəcəyi halda Kadini transfer etmək hüququna sahib olacaqdı. “Krasnodar” da müqavilədəki bu bənddən yararlanıb.

Qeyd edək ki, Kadinin transferi ilə “Qarabağ” Azərbaycan futbolunda tarixi rekorda imza atıb. Belə ki, indiyədək heç bir xarici klub Azərbaycandan transfer etdiyi futbolçuya bu qədər məbləğ ödəməmişdi.

Kadi 2021-ci ilin yayından “Qarabağ”da oynayırdı.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Qarabağın #Kadini #satdığı #məbləğ #AÇIQLANDI

Bir Cevap Yazın

Başa dön tuşu