fbpx

“Qarabağ”ın oyununa görə “Gənclik” stansiyasının iş rejimi gücləndiriləcək

BEY.AZ informasiya agentliyi xəbər verir


Sentyabrın 15-də UEFA Avropa Liqasının qrup mərhələsi çərçivəsində keçiriləcək “Qarabağ” Futbol Klubunun beynəlxalq oyunu ilə əlaqədar Bakı metropoliteninin “Gənclik” stansiyasında gücləndirilmiş iş rejimi tətbiq ediləcək.

“Bakı Metropoliteni” QSC-dən Metbuat.az-a verilən məlumata görə, sərnişinlərin rahatlığı və təhlükəsizliyini təmin etmək məqsədilə metropolitenin Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən kütləvi tədbirlərlə bağlı əməliyyat planına uyğun olaraq stansiyaya növbətçilik cədvəli üzrə əlavə işçi qüvvəsi ayrılacaq.

Saat 20:45-də başlanacaq oyuna yollanacaq azarkeşlərin rahat və təhlükəsiz hərəkətini tənzimləməklə yanaşı, “Nərimanov” və “28 May” stansiyalarında da ehtiyat tədbirlər nəzərə alınacaq.

Ümumən isə qatarlar bu gündən tətbiq edilmiş yeni payız-yaz qrafikinə uyğun hərəkət edir. Azarkeş marağını nəzərə alaraq, görüş başa çatdıqdan sonra sərnişinlərin təhlükəsiz və rahat daşınması təmin olunacaq. Ehtiyac yaranarsa, xəttə ehtiyat qatarlar buraxılacaq.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.

Bir Cevap Yazın

Başa dön tuşu