fbpx

Qarabağın yenidən dirçəldilməsində hansı şirkətlər çalışır?

BEY.AZ informasiya agentliyi xəbər verir


44 günlük Vətən müharibəsi nəticəsində düşməndən azad edilmiş Dağlıq Qarabağ və ətraf rayonlarda yenidənqurma işlərinin aparılması və ərazinin iqtisadi baxımdan inkişaf etdirilməsi üçün bir çox addımlar atılıb. Genişmiqyaslı quruculuq işlərinə yerli şirkətlərlə yanaşı dost olan ölkələrin şirkətlər də cəlb edilib.

Hazırda “yaşıl enerji” zonasının yaradılması məqsədilə bərpa olunan enerji mənbələrindən istifadə ilə bağlı özəl sərmayələrin cəlb edilməsi üçün investorlarla müzakirələr aparılır. Eyni zamanda ənənəvi enerji resurslarından elektrik enerjisi istehsalı sahəsinə də özəl investisiyaların cəlb olunması istiqamətində işlər davam etdirilir.

Dövlət Miqrasiya Xidmətinin Miqrasiya proseslərini tənzimləmə baş idarəsinin məlumatına görə, işğaldan azad olunmuş torpaqlarda aparılan quruculuq işləri ilə əlaqədar ötən illə müqayisədə bu il təsdiqlənmiş kvota vahidi 1000 vahid artaraq 8740-a çatdırılıb. 2023-cü il üçün təqdim olunan əcnəbi işçi qüvvəsi üçün kvota proqnozunun 25%-i Qarabağda fəaliyyət göstərən şirkətlər tərəfindən verilib.

Mənfur düşmənin dağıtdığı ərazilərdə yenidənqurma işlərinə cəlb edilən şirkətlər Qarabağ regionunda şəhərsalmanın planlaşdırılması, zəngin tarixi-memarlıq irsimizin bərpası, yaşayış məntəqələrinin baş planlarının hazırlanması və tarixi-memarlıq abidələrinin bərpası sahəsində öz təkliflərini irəli sürərək, quruculuq işlərinə qoşulmaq istəyirlər.

Mövzu barədə politoloq Tural İsmayılov Metbuat.az-a müsahibəsində söylədi ki, ölkəmizin 44 günlük Vətən müharibəsində qazandığı qələbədən sonra Qarabağın yenidən qurulması və eyni zamanda burada bir sıra xarici şirkətlərin fəal şəkildə iştirak etmək istəkləri də təbii və başadüşüləndir. Müsahibimiz Qarabağın yenidənqurulması zamanı oradakı mədəni və tarixi əhəmiyyətli abidələrin mühafizəsinə xüsusi diqqət yetirildiyini qeyd edərək bildirdi ki, Azərbaycan dövləti Qarabağı yenidən qurularkən, tarixi irsimizi özündə ehtiva edən abidələrin maksimum yüksək həcmdə qorunmasına nəzarət edir.

Ictimai sabitlik deyerdir! - Tural İsmayılov yazıru

Tural İsmayılov

“Həm Mədəniyyət Nazirliyi, həm də eyni zamanda bu sahə ilə məşğul olan aidiyyatı qurumlar tez-tez işğaldan azad edilmiş bölgələrdə quruculuq işlərində, maddi mədəniyyət abidələrimizin tam şəkildə qorumağa və xarici şirkətlər tərəfindən bilmədən hansısa bir zərbəyə məruz qalmamaq üçün maksimum şəkildə səy göstərib bunu öz monitorinqlərinin nəticəsi olaraq hesabat formasında dərc edirlər. Eyni zamanda, nəzərə almaq lazımdır ki, bu gün Azərbaycanın əsas strateji tərəfdaşlarından biri kimi “Şuşa Bəyannaməsi” ilə də əlaqələri daha yüksək bir mövqeyə çatmış Türkiyə dövlətinə bağlı olan şirkətlər Qarabağın bərpası prosesində xüsusi fəallıqla iştirak edirlər. Bu gün elə Qarabağda həyata keçirilən bir çox layihələrdə Türkiyə şirkətləri ön sıralarda yer aldığını söyləyə bilərik. Eyni zamanda, Qarabağın bərpası, yenidən qurulması işlərində ilk iştirak edən ölkələrdən biri olan İtaliya şirkətləri də ilk gündən bu prosesdə öz maraqlarını ittifaq ediblər. İtaliya ilə Azərbaycan arasında daha əvvəl də iqtisadi və siyasi, mədəni sahələrdə böyük əməkdaşlıq imkanları mövcud olurdu. Həm TAP layihəsi çərçivəsində Azərbaycan, Italiya mühüm ortaqlıq və yolların da önəmli məsafələr qət ediblər. Həm də Italiya Qarabağın işğalı dövründə birmənalı şəkildə Azərbaycanı dəstəkləyən ölkələrdən biri olubdur və eyni zamanda da Qarabağın bərpası ilə bağlı işlərin mərkəzləşdirilmiş qaydada həlli məqsədilə yaradılan əlaqələndirmə qərargahı, ötən il xarici ölkələrin Qarabağda yenidənqurma işlərinə böyük maraq göstərdiyini vurğulamışdır”.

Rusiya tərəfindən olan şirkətlərin də Qarabağdakı bərpa və yenidənqurma işlərində fəallıq nümayiş etdirdiyini vurğulayan müsahibin sözlərinə görə, özəlliklə Qarabağın işğaldan azad edilmiş Zəngilan bölgəsində yeni istehsalat sahələrinin yaradılmasında İsrail dövlətinin maraqları daha aktiv özünü göstərir.

“İsrailin Azərbaycandakı səfiri Corc Dik işğaldan azad edilmiş bölgələrə və Zəngilana səfərləri əsnasında qeyd edib ki, İsrail – Azərbaycan iqtisadi əməkdaşlığının gələcəyində Qarabağın xüsusi yeri var. Eyni zamanda, Azərbaycana dost və qardaş ölkələrdən olan Pakistan da bildirib ki, Qarabağdakı bərpa və yenidənqurma işlərində fəal şəkildə iştirak etmək istəyirlər. Azərbaycanın dostlarından biri olan Türk Dövlətləri Təşkilatında müşahidəçi qismində iştirak edən Macarıstan və eyni zamanda Qazaxıstan da əgər bu prosesdə fəal olmağa çalışır. Mən düşünürəm ki, Azərbaycana səfəri nəzərdə tutulan Qazaxıstan prezidenti Kasım Jomart Tokayevin ölkəmizə səfəri çərçivəsində Qazaxıstan da bu proseslərdə fəal şəkildə iştirak edəcəkdir”.

Qarabağda aparılan bərpa-quruculuq işləri yaxın məqsədə və uzaq perspektivə  hesablanıb

Məlumat üçün bildirək ki, Rəsmi Bakı İran şirkətlərini işğaldan azad olunan ərazilərdə aparılan bərpa-quruculuq işlərində iştiraka etməyə dəvət edib. İyunun 26-da Azərbaycanın İrandakı səfiri Əli Əlizadə İranın Ticarət, Sənaye, Mədən və Kənd Təsərrüfatı Palatasının sədri Qulamhüseyn Şafeyi ilə görüşündə xatırladıb ki, Azərbaycan Ordusunun 30 ilə yaxın erməni işğalı altında qalan Qarabağı azad etməsi nəticəsində Azərbaycanın İranla 132 kilometrlik sərhəd hissəsi azad olunub və bu, əməkdaşlıq əlaqələrinin artırılması üçün yeni imkanlar yaradıb. Politoloqun qeyd etdi ki, Amma konkret olaraq hansı İran şirkətlərinin, hansı layihələrdə yer alacağı ilə bağlı ictimaiyyətə hələ ki, məlumat bəlli deyil.

“Təbii ki, İran da Azərbaycanla qonşu dövlətlərdən biri kimi Qarabağdakı bərpa prosesində fəal iştirak edə bilər. Müxtəlif müzakirələrdə İran şirkətlərini Qarabağın bərpasında iştirakı ilə bağlı maraqları ifadə olunub. Bildirim ki, Azərbaycanla-İran arasında ötən aylarda imzalanmış Tehran Memorandumunda bir sıra digər sahələrdə də Azərbaycan-İran iqtisadi ticarət əlaqələrinin daha da dərinləşdirilməsini etiva edir”.

İqtisadçı-ekspert Eldəniz Əmirov isə düşünür ki, Ermənistanla sülh müqaviləsi bağlanarsa, bu, xarici investisiyaların həcmini kəskin artıra bilər.


Eldəniz Əmirov

“Risk almaq istəməyən xarici investorlar üçün bu faktor hazırda aktualdır. Buna görə də xarici şirkətlər, o cümlədən Türkiyə, Böyük Britaniya və Azərbaycanla dost münasibətdə olan ölkələrin şirkətlərinin iştirakı daha çox dövlət layihələrində təzahür edir. Azərbaycanda Ələt azad iqtisadi zonasının yaradılması ilə bir ilkə imza atıldı. Zəngilanda hava limanı, Zəngəzur dəhlizi, eyni zamanda digər ölkələrlə bir qovşaqda yerləşməsi gələcəkdə 3+3 müqaviləsi çərçivəsində əməkdaşlığın formalaşması Zəngilanda da azad iqtisadi zonanın yaradılması üçün geniş potensial yaradır. Türkiyənin Orta Asiyaya məhz Zəngəzur dəhlizi üzərindən çıxışı, Orta Asiyanın da bu dəhliz üzərindən Avropaya çıxışı buranı aktiv coğrafi nöqtəyə çevirəcək”.

Rusiya-Ukrayna müharibəsinə diqqəti yönəldən ekspertin şərhinə görə, Rusiyaya tətbiq olunan sanksiyalar sahibkarların ölkəni tərk etməsi ilə nəticələnəcək. Sülh müqaviləsi imzalanarsa, rusiyalı investorlar Qarabağa sərmayə qoymaqda maraqlı ola bilərlər.

“Vətən müharibəsindən sonra İranın Ermənistanla kommunikasiya problemləri yaranıb. İran körfəzi ilə Qara dənizin Azərbaycan üzərindən birləşdirilməsi, yəni tranzit yüklərin Qara dənizə Azərbaycan, Gürcüstan üzərindən göndərilməsi investisiya mühitinin yaxşılaşdırılması üçün əlavə dividentlər yaradacaq. Ümumilikdə, Türkiyə şirkətləri Qarabağda bərpa-quruculuq prosesində hər zaman liderlik edəcəklər”.

Gülbəniz Hüseynli / Metbuat.az

Məqalə Medianın İnkişafı Agentliyinin (MEDİA) maliyyə dəstəyi ilə “regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi” mövzusu üzrə dərc olunub.





You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu