fbpx

Qarlı havada yıxılıb xəsarət alanların sayı açıqlandı

BEY.AZ informasiya agentliyi xəbər verir


Qarlı hava şəraiti ilə əlaqədar yıxılma səbəbilə TƏBİB-in tabeliyindəki Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına 49 müraciət daxil olub.

Qurumdan Metbuat.az-a verilən məlumata görə, xəsarət alanlardan 48-i (28-i qadın, 20-i kişi olmaqla) aidiyyəti üzrə tibb müəssisəsinə hospitalizasiya olunub. 1 nəfərə (kişi olmaqla) isə yerində ilkin tibbi yardım göstərilib.

Müraciətlər əsasən diz, çanaq, bilək, topuq, çiyin və əl nahiyələrinin travmaları ilə bağlı olub.

Xəsarət alanlardan 1-i uşaq, digərləri isə 17-85 yaş aralığında şəxslər olub.

Qeyd edək ki, hava şəraitinin kəskin dəyişməsi ilə əlaqədar Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyası, eləcə də 113 Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyası gücləndirilmiş iş rejimində çalışır.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Qarlı #havada #yıxılıb #xəsarət #alanların #sayı #açıqlandı

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu