Qaz limiti ilə bağlı son rəqəmlər AÇIQLANDI
BEY.AZ informasiya agentliyi xəbər verir
Hər il payız-qış ayları yaxınlaşdıqca, Azərbaycanda qaz limiti məsələsi yenidən gündəmə gəlir.
Adətən abonentlərin bir çoxu qışa qədər limiti keçir. Xüsusilə soyuq havaların uzun müddət davam etdiyi zamanlarda bunun şahidi oluruq. Nəzərə almaq lazımdır ki, bu il də havalar nisbətən gec isindi. Ölkənin bir çox yerində olduğu kimi, paytaxt Bakıda da mart-aprel aylarında kombilər işləyirdi.
Belə olan halda abonentlərin nə qədərinin qaz limitini keçdiyi də müzakirə predmetinə çevrilir.
Maraqlıdır, indiyə qədər abonentlərin nə qədər limiti keçib?
Metbuat.az xəbər verir ki, cebhe.info bu barədə “Azəriqaz” İctimai Birliyinə sorğu ünvanlayıb. Sorğuya cavab olaraq son statistikalar açıqlanıb:
“Limit daxilində qaz istehlak etmiş abonent sayı 66,3 faizdir. 20 qəpik tarifinə keçmiş abonent sayı 30,1 faizdir. Həmçinin, 25 qəpik tarifinə keçmiş abonent sayı 3,6 faizdir”.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.
* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Qaz #limiti #ilə #bağlı #son #rəqəmlər #AÇIQLANDI