fbpx

DMX yanında İctimai Şuraya yeni sədr seçildi

BEY.AZ informasiya agentliyi xəbər verir


Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın yeni tərkibdə ilk iclası keçirilib.

Metbuat.az xəbər verir ki, Şuranın tam tərkibdə keçirilən ilk iclasında təşkilati məsələlərə baxılıb.

Tədbirdə Miqrasiya siyasəti və hüquqi təminat baş idarəsinin rəisi Vahid Qəhrəmanov seçilmiş üzvləri təbrik edib və onlara fəaliyyətlərində uğurlar arzulayıb. O, İctimai Şuranın yeni tərkibindən gözləntilərin yüksək olduğunu vurğulayıb və iştirakçıları Xidmətin vətəndaş cəmiyyəti institutları ilə əməkdaşlığı barədə məlumatlandırıb, İctimai Şuranın fəaliyyətinin əhəmiyyətini bildirib.

Daha sonra İctimai Şuranın açıq səsvermə yolu ilə rəhbər vəzifələrinə seçki keçirilib. “Hüquqi Təhlil və Araşdırmalar” İctimai Birliyinin sədri Ramil İskəndərli Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın sədri seçilib. “Vətəndaş Hüquqlarının Müdafiəsinə Dəstək” İctimai Birliyinin sədri Fuad Əliyev və “Sosial-İqtisadi və Ekoloji İnkişaf” İctimai Birliyinin sədri Rahilə Mehtiyeva İctimai Şuranın sədr müavinləri, “Gənclərin Töhfəsi” İctimai Birliyinin sədri Məhsəti Hüseynova isə Şuranın katibi seçiliblər.

Tədbir zamanı İctimai Şura üzvləri tərəfindən gələcək fəaliyyətləri barədə fikir mübadiləsi aparılıb və müvafiq təkliflər verilib.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#DMX #yanında #İctimai #Şuraya #yeni #sədr #seçildi

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu