fbpx

Qazini qucaqlayan polis KİMDİR? – AÇIQLANDI

BEY.AZ informasiya agentliyi xəbər verir

“Günün fotosu”na həkk olan polis əməkdaşının adı artıq ictimaiyyətə açıqlanıb.

Metbuat.az Modern.az-a istinadən xəbər verir ki, həmin şəxs əslən Füzuli rayonundan olan, hazırda Yasamal rayonu Post Patrul Xidməti bölüyündə xidmət edən 1991-ci il təvəllüdlü Əliyev Fazəddin İslam oğludur.

Qeyd edək ki, bu gün bir qrup Qarabağ qazisi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin qarşısında əvvəlcə etiraz edib, daha sonra qurumun binasına daxil olaraq əlillik təyinatının düzgün aparılmaması ilə bağlı şikayətlərini bildirib.

Hadisənin videogörüntüləri sosial şəbəkələrdə də yayılıb və ciddi müzakirələrə səbəb olub.

Bu müzakirələrdə böyük əksəriyyət nazirlik binasının daxilində olan polis əməkdaşlarının qazilərə qarşı təmkinli davranışını müsbət qiymətləndirib. Polis əməkdaşlarından birinin isə qazilərin gərginliyini azaltmağa çalışması, hətta əsəbi qazini qucaqlayıb sakitləşdirməsi daha çox təqdir olunub.

Bu epizodda yaşananlar – polisin qazini qucaqlayıb sakitləşdirməsi – baş verməsəydi, bəlkə də nazirlik binasında digər xoşagəlməz olaylara da şahid olacaqdıq.

Hiddətlənmiş qaziyə qucaq açmaqla cavab verən, onu bağrına basan və bununla da insani rəftar nümayiş etdirən polis əməkdaşı sosial şəbəkələrdə nümunəvi işçi kimi qiymətləndirilib, onun atdığı addıma görə Daxili İşlər Nazirliyinə minnətdarlıq ifadə olunub.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.

Bir Cevap Yazın

Başa dön tuşu