fbpx

“Qazprom” Berlinin manevr imkanlarını məhdudlaşdırıb

BEY.AZ informasiya agentliyi xəbər verir


Xəbər verdiyimiz kimi, Rusiyanın “Qazprom” şirkəti Almaniyanın təbii qaz ehtiyatlarının 40 faizini ödəyən “Qazprom Almaniya” şirkətində və onun bütün aktivlərində iştirakını dayandırıb.

Bu barədə fikirlərini bölüşən siyasi şərhçi Elçin Mirzəbəyli düşünür ki, məsələ burasındadır ki, “Qazprom Almaniya” və “Rosneft Almaniya”, eləcə də onların anbarları və paylayıcı şəbəkələri Rusiya şirkətləri olan “Qazprom” və “Rosneft”in törəmə müəssisələridir, yəni tamamilə onlara məxsusdur. Analitik deyir ki, ortalıqda Almaniyanı və ekspertləri sarsıdan izahı olmayan məntiqsizlik baş verib və “Qazprom” Almaniyadakı törəmə müssisəsinin artıq ona məxsus olmadığını bildirib.

“Hazırda “Qazprom Almaniya” heç kimə məxsus deyil. Havadan asılı qalıb. Almaniya hökuməti isə “Qazprom Almaniya” və “Rosneft”in Almaniyadakı törəmə müəssisələrinin milliləşdirilməsi məsələsini müzakirəyə çıxarmaq niyyətindədir. Almaniya hökumətinin şərh edə bilmədiyi, yaxud şərh etmək istəmədiyi bu hadisə Berlinin manevr imkanlarını da məhdudlaşdırıb. Almaniya üçün artıq yumşaq diplomatiya və manevrlərlə Rusiya ilə dialoq və əməkdaşlıq pəncərəsini açıq saxlamaq çətin olacaq. Bu həm də rəsmi Berlinin vasitəçilik cəhdlərinin şübhə altına alınması, yaxud elə indidən rədd edilməsi deməkdir”.

Qeyd edək ki, Rusiyanın Qazprom şirkəti bu ilin ilk 3 ayında təbii qazın ixracını ötən ilin eyni dövrü ilə müqayisədə 27,1 faiz azaldaraq 38,5 milyard kub metrə çatdırıb. Şirkətdən edilən son açıqlamada bildirilir ki, ötən ilin eyni dövrü ilə müqayisədə qaz istehsalı azalmasa da, ixracı azalıb.

Gülbəniz Hüseynli / Metbuat.az




You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu