fbpx
Xəbərlər

Qeyri neft-qaz sektoruna investisiya qoyuluşu 17 % artıb

BEY.AZ informasiya agentliyi xəbər verir


Bu ilin yanvar-avqust aylarında Azərbaycanda əsas kapitala 10 milyard 864,8 milyon manat məbləğində, yaxud 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 15,4 % çox vəsait yönəldilib.

Metbuat.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, neft-qaz sektoruna yatırılmış investisiyaların həcmi 12,2 %, qeyri neft-qaz sektoruna yönəldilən vəsaitin həcmi isə 17,1 % artıb. İstifadə olunmuş vəsaitin 6 milyard 199,6 milyon manatı və ya 57,1 %-i məhsul istehsalı sahələrinə, 4 milyard 116,1 milyon manatı (37,9 %-i) xidmət sahələrinə, 549,1 milyon manatı (5 %-i) isə yaşayış evlərinin tikintisinə sərf olunub. Əsas kapitala yönəldilmiş vəsaitlərin 8 milyard 336,5 milyon manatını və ya 76,7 %-ni daxili vəsaitlər təşkil edib. Əsas kapitala yönəldilmiş vəsaitlərin 7 milyard 928,4 milyon manatı və ya 73 %-i bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunub.

Əsas kapitala yönəldilmiş vəsaitin ümumi dəyərində müəssisə və təşkilatların öz vəsaitləri 46,1 %, büdcə vəsaitləri 39,3 %, əhalinin şəxsi vəsaitləri 6,5 %, bank kreditləri 2,8 %, sair vəsaitlər isə 5,3 % təşkil edib.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Qeyri #neftqaz #sektoruna #investisiya #qoyuluşu #artıb

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu