fbpx

Qeyri-sabit hava bu tarixədək davam edəcək

BEY.AZ informasiya agentliyi xəbər verir


Milli Hidrometeorologiya Xidməti faktiki havanı açıqlayıb.

Xidmətdən Metbuat.az-a verilən məlumata görə, avqustun 20-si saat 10:00-a olan məlumatına əsasən ölkə ərazisində hava şəraiti qeyri-sabit keçib, bəzi yerlərdə leysan xarakterli yağış yağıb, şimşək çaxıb.

Böyük Qafqaz zonasının bəzi yerlərində yağıntılar intensiv olub.

Düşən yağıntının miqdarı Qəbələdə 34 mm (aylıq normanın 50 %-i), Şəkidə 20 mm (aylıq normanın 36 %-i), Qrızda 14 mm, Qaxda 10 mm, İsmayıllı, Xaltan, Şahdağ, Şamaxı, Oğuz, Quba, Altıağac, Qusar, Şabran, Qobustan, Balakən, Neftçalada 7 mm-dək olub.

Qərb küləyi arabir Ceyrançöldə 18 m/s, Şamaxıda 17 m/s-dək güclənib.

Gözlənildiyi kimi havanın temperaturu avqustun ayının birinci yarısına nisbətən bir qədər aşağı enərək, Bakıda və Abşeron yarımadasında 32-35 dərəcə, Naxçıvan MR-da 36-38 dərəcə, aran rayonlarında 33-39 dərəcə, dağlıq rayonlarda 27 dərəcəyədək isti olub.

Ölkə ərazisində müşahidə olunan yağıntılı hava şəraitinin avqustun 20-si axşam saatlarından tədricən kəsiləcəyi, 21-22-də gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir.

Mülayim cənub-şərq küləyi əsəcək.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Qeyrisabit #hava #tarixədək #davam #edəcək

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu