fbpx

Qırğızıstan və Özbəkistan arasındakı 30 illik nifaq başa çatdı

BEY.AZ informasiya agentliyi xəbər verir


“Qırğızıstan və Özbəkistan arasında imzalanan sərhəd sazişi bütün regionun maraqlarına cavab verir”.

Metbuat.az xəbər verir ki, Qırğızıstanın xarici işlər naziri Jeenbek Kulubayev belə deyib. O bildirib ki, Özbəkistanla sərhəddə 30 ildir davam edən münaqişəyə son qoyulub. Kulubayevin sözlərinə görə, Qırğızıstan və Özbəkistanın əldə etdiyi sərhəd razılaşması Rusiya, Qazaxıstan və Avropa ölkələri tərəfindən də çox yaxşı qarşılanıb.

Qeyd edək ki, Qırğızıstan-Özbəkistan sərhədinin müəyyən edilməsinə dair razılaşmaya əsasən, Özbəkistan Qırğızıstana 19 min 699 hektar torpaq verəcək. Əndican bəndinin birgə idarə edilməsinə dair müqaviləyə əsasən, bəndin yerləşdiyi 4485 hektar ərazi isə Özbəkistanda qalacaq. Özbəkistan qırğızların su ehtiyatlarına pulsuz və maneəsiz çıxışını təmin edəcək və su ehtiyatları üzərində əlavə tikililər tikməyəcək.

Özbəkistanla Qırğızıstan arasında 1379 kilometrlik sərhəd var. Tərəflər uzun illərdir sərhədin 200 kilometrlik hissəsi ilə bağlı razılığa gələ bilmirdilər.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Qırğızıstan #və #Özbəkistan #arasındakı #illik #nifaq #başa #çatdı

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu